BAKI, AzerVoice
Türkiyənin bir neçə bölgəsində yanğın baş verib.
AzerVoice-un məlumatına görə, Adana, Çanakkale və Antalya vilayətlərində başlayan yanğınlara havadan və qurudan müdaxilə edilir.
Adananın İmamoğlu rayonuna bağlı Kızılheyik bölgəsində bu gün yerli vaxtla saat 10:00 radələrində meşə yanğını başlayıb. Yanğın nəticəsində iki nəfər yüngül xəsarət alıb. Hadisə yerinə çoxsaylı helikopter cəlb olunub.
Digər yanğın isə, Çanakkale vilayətinin mərkəzinə yaxın Erenköy bölgəsində, saat 12:00 radələrində kənd təsərrüfatı sahəsində başlayıb. Güclü küləyin təsiri ilə alovlar geniş əraziyə yayılıb və meşəyə keçib.
Daha bir yanğın günorta saatlarında Antalyanın Kumluca rayonuna bağlı Yenikışla bölgəsində başlayıb. Əkin sahəsində güclü külək səbəbilə yayılmaya başlayan yanğına qarşı tez bir zamanda tədbir görülüb. iki təyyarə, iki helikopter, üç su çəni, iki ilkin müdaxilə vasitəsi və çox sayda işçi əraziyə göndərilib. Hədəf alovun yaxınlıqdakı meşəyə keçməsinin qarşısını almaqdır.