Əsas səhifə » Hakan Fidan İraq XİN rəhbəri ilə regiondakı gərginliyi müzakirə edib

Hakan Fidan İraq XİN rəhbəri ilə regiondakı gərginliyi müzakirə edib

BAKI, AzerVoice

Türkiyə və İraq XİN rəhbərləri İsrail-İran gərginliyini müzakirə edib.

AzerVoice xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.

Tərəflər söhbət zamanı İsrail və İran arasında artan gərginliyi və bu qarşıdurmanın regiona mümkün təsirlərini müzakirə ediblər. Nazirlər bölgədəki sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, İsrail və İran arasında son dövrlərdə yaşanan qarşılıqlı hücumlar Yaxın Şərqdə təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Türkiyə və İraq bu prosesləri yaxından izləyən və regionda sabitlik tərəfdarı olan ölkələr sırasındadır.

Digər Kateqoriyalar

2025 © Azervoice