Əsas səhifə » İsrail İranın Kirmanşah vilayətindəki hərbi bazasını vurub

İsrail İranın Kirmanşah vilayətindəki hərbi bazasını vurub

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələri İranın qərbində, Kirmanşah bölgəsində yerləşən hərbi bazaya zərbə endirərək oradakı üç helikopteri məhv edib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti bildirib.

"İsrail Hərbi Hava Qüvvələri bir müddət əvvəl İranın Kirmanşah bölgəsindəki hərbi bazasında yerləşən üç ədəd 'Kobra' zərbə helikopterini vurub. Bu helikopterlər İsrail Hərbi Hava Qüvvələrinin İran hava məkanında həyata keçirdiyi əməliyyatlara qarşı istifadə edilmək üçün nəzərdə tutulmuşdu" – deyə, bəyanatda qeyd olunub.

Məlumatda həmçinin bildirilir ki, İsrail təyyarələri hələ də İranın hava məkanında hədəflərin müəyyən edilməsi məqsədilə uçuşlarını davam etdirir.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice