Əsas səhifə » İsrail Tehranda Qızıl Aypara binası yaxınlığını vurub

İsrail Tehranda Qızıl Aypara binası yaxınlığını vurub

BAKI, AzerVoice

İsrailin Tehrana təşkil etdiyi hücumda Qızıl Aypara Cəmiyyətinin binası da zərər görüb.

AzerVoice xəbər verir ki, İran dövlət televiziyasının məlumatına əsasən, İsrail ordusu Tehranın şimalında yerləşən İran Qızıl Aypara Cəmiyyətinə məxsus binanın yaxınlığındakı əraziyə hava hücumu təşkil edib.

Sosial mediada yayılan görüntülərdə binadan qalxan tüstü müşahidə olunur.

Qeyd edək ki, İyunun 13-dən etibarən İsrail ordusu İranın müxtəlif şəhərlərində, o cümlədən nüvə obyektlərinə və hərbi rəhbərliyə qarşı irimiqyaslı hücumlara başlayıb. Bu hücumlar nəticəsində İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bir neçə yüksək rütbəli komandir və doqquz nüvə alimi həyatını itirib. Rəsmi açıqlamalara görə, ümumilikdə 224 mülki şəxs də həlak olub.

İran cavab olaraq İsrailə ballistik raketlər atıb. Bu hücumlarda azı 24 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb.

Başda Türkiyə olmaqla bir sıra ölkələr İsrailin hücumlarını sərt şəkildə qınayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice