Əsas səhifə » Türkiyənin təbii qaz təchizatında problem yoxdur - Bayraktar

Türkiyənin təbii qaz təchizatında problem yoxdur - Bayraktar

BAKI, AzerVoice

Türkiyənin təbii qaz təchizatında problem yoxdur.

AzerVoice xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar ölkənin təbii qaz təminatında heç bir problem yaşanmayacağını bəyan edib.

O bildirib ki, İrandan qaz idxalı davam etsə də, yaradılmış infrastruktur sayəsində alternativ mənbələrlə bu ehtiyaclar qarşılanacaq.

“İrandan əhəmiyyətli həcmdə qaz alırıq, lakin infrastrukturumuz alternativləri təmin edəcək səviyyədədir. Qaz qiymətlərində dünya bazarlarında baş verən dəyişikliklərə baxmayaraq, Türkiyədə vətəndaşları qorumaq üçün ciddi dəstək proqramları həyata keçirilir” - deyə jurnalistlərin suallarını cavablandıran nazir Bayraktar bildirib.

Nazir həmçinin avtomobil yanacağının qiymətləri ilə bağlı danışaraq, qiymətlərin avtomatik sistem üzrə neft və valyuta bazarındakı dəyişikliklərə uyğun tənzimləndiyini qeyd edib.

Enerji və mədənçilik sahəsində islahatlara da toxunan Bayraktar, icazə proseslərinin sadələşdirilməsini nəzərdə tutan yeni qanun layihəsinin Avropa İttifaqı təcrübəsinə uyğun hazırlandığını vurğulayıb. O, mədən sektorunda, xüsusilə də kömür hasilatı və enerji stansiyalarının bu sahəyə çıxışını asanlaşdırmaq məqsədilə bəzi hüquqi düzəlişlərin edildiyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə son illərdə enerji təhlükəsizliyi sahəsində strateji layihələr həyata keçirərək qaz infrastrukturunu əhəmiyyətli dərəcədə gücləndirib.

Digər Kateqoriyalar

2025 © Azervoice