Əsas səhifə » İranın daxili təhlükəsizlik qərargahı məhv edilib - İsrail MN

İranın daxili təhlükəsizlik qərargahı məhv edilib - İsrail MN

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələri İranın daxili təhlükəsizlik qərargahını vurub.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz “X” sosial şəbəkə hesabında paylaşım edib.

"İsrail Hərbi Hava Qüvvələri İran rejiminin daxili təhlükəsizlik qərargahını – mərkəzi repressiya mərkəzini məhv edib" - deyə, o yazıb.

"Biz [İsrail] söz verdiyimiz kimi, ayətullahlar rejiminin ünsürlərini məhv etməyə və onlara hər yerdə zərbələr endirməyə davam edəcəyik" – deyə, o əlavə edib.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice