Əsas səhifə » Türkiyə, Azərbaycan və Misir XİN rəhbərləri İsrail-İran böhranını müzakirə edib

Türkiyə, Azərbaycan və Misir XİN rəhbərləri İsrail-İran böhranını müzakirə edib

BAKI, AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ceyhun Bayramov və Bedir Abdulati ilə regiondakı son vəziyyəti müzakirə edib

AzerVoice xəbər verir ki, Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramov və Misirin xarici işlər naziri Bedir Abdulati ilə telefon danışığı aparıb.

Telefon söhbətində İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar və bölgədəki digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Danışıqlar zamanı qarşılıqlı narahatlıqlar səsləndirilib və vəziyyətin diplomatik yollarla həllinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, İsrailin İrana qarşı son hücumları Orta Şərqdə gərginliyi artırıb və bir sıra ölkələrin diplomatik fəallığını gücləndirib.

Digər Kateqoriyalar

2025 © Azervoice