BAKI, AzerVoice
Qastronomiya dünyasında böyük nüfuz qazanan TasteAtlas, istifadəçilərinin səsverməsi ilə hazırladığı “Dünyanın Ən Yaxşı Səhər Yeməkləri” siyahısını açıqlayıb.
AzerVoice xəbər verir ki, siyahının zirvəsində isə Türk səhər yeməyi yer alıb.
Türk səhər yeməyi, zəngin və müxtəlif ləzzətləri ilə beynəlxalq mətbəxlərdə böyük təqdir qazanıb.
Siyahıda həmçinin Türk mətbəxinin katmer, mərci şorbası, bal qaymaq, börek və gözləmə kimi digər məşhur ləzzətləri də yüksək yerlərdə qərarlaşıb.
Türk səhər yeməyi, pendir növləri, zeytun, pomidor, xiyar, bal, qaymaq, kərə yağı, təzə çörək, yumurta, börek, sucuk kimi məhsulların birləşməsi ilə bənzərsiz bir süfrə yaradır.
Həm qidalı, həm də ləzzətli olan bu səhər yeməyi, hər bölgədə fərqli toxunuşlarla təqdim edilir və təzə tərəvəz və meyvələrlə zənginləşdirilir, süfrəni həm rəng, həm də ləzzət baxımından özünəməxsus edir.
Türk səhər yeməyi, sadəcə bir yeməkdən daha çox, bir görüş və paylaşma mədəniyyətidir. Ailə və dostların bir araya gəldiyi, söhbətlərin və əyləncənin ön planda olduğu uzun süfrələr, Türk qonaqpərvərliyinin ən gözəl nümunələrindəndir.