BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin may ayında Rusiyaya mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azalaraq, 11 milyon 568 min 42 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – may aylarında Türkiyədən Rusiyaya mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq, 55 milyon 609 min 3 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq, 3 milyard 231 milyon 87 min dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 622 milyon 143 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 7 milyard 874 milyon 808 min dollar məbləğində mebel ixrac edib.