BAKI, AzerVoice
Böyük Britaniya İsrail-İran münaqişəsi fonunda Yaxın Şərqdə gərginliyin artması səbəbindən bölgədəki hərbi mövcudluğunu gücləndirir.
AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş naziri Kir Starmer bildirib.
"Biz bölgəyə əlavə hərbi qüvvələr, o cümlədən qırıcı təyyarələr göndəririk. Bu addım fövqəladə dəstək məqsədilə atılır" – deyə, Starmer jurnalistlərə açıqlamasında qeyd edib.
Baş nazirin nümayəndəsi əlavə edib ki, bölgədə artıq əlavə yanacaq doldurma təyyarələri yerləşdirilib və heyətlər cümə günü səhər saatlarından etibarən hazırlıq işlərinə başlayıb.
Qeyd edək ki, bölgədə baş verən hərbi qarşıdurmalar, xüsusilə də İsrailin İranın nüvə və hərbi infrastrukturlarına hücumları və Tehranın cavab zərbələri, beynəlxalq təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.