Əsas səhifə » İsrail İranın qərbindəki raket anbarını vurub

İsrail İranın qərbindəki raket anbarını vurub

BAKI, AzerVoice

İsrail Müdafiə Qüvvələrinin (İMQ) Hərbi Hava Qüvvələri İranın qərbində yerləşən, müxtəlif tip raketlərin saxlandığı və buraxıldığı yeraltı obyektə hava zərbələri endirib.

AzerVoice xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İMQ, İranın qərbində yerləşən, yer-yer və qanadlı raketlərin saxlanması və buraxılması üçün istifadə olunan yeraltı obyektə hava zərbəsi endirib” - deyə, məlumatda qeyd olunub.

Ordunun məlumatına görə, obyekt döyüş təyyarələri vasitəsilə hədəfə alınıb. Yeraltı bazada “yer-yer” və “qanadlı” raketlərin saxlandığı tunellər, həmçinin çoxsaylı raket buraxılış qurğuları (şaxtalar) yerləşib.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd 3" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice