Əsas səhifə » İran İsrailə məxsus daha bir F-35 təyyarəsini vurub

İran İsrailə məxsus daha bir F-35 təyyarəsini vurub

BAKI, AzerVoice

İran, bugün hava hücumları zamanı İsrailə məxsus daha bir F-35 qırıcı təyyarəsini vurub.

AzerVoice xəbər verir ki, bu haqqda İran ordusunun yaydığı bəyanatda deyilir.

Bildirilib ki, təyyarə ölkənin qərb hava məkanında vurulub.

Pilotun təyyarədən katapultla tullandığı, daha sonra isə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələri tərəfindən saxlanıldığı bildirilib. Hadisə ilə bağlı əlavə məlumatın yaxın saatlarda ictimaiyyətə açıqlanacağı qeyd olunub.

Digər tərəfdən, İsrail ordusunun sözçüsü Avixay Edri sosial şəbəkə hesabından verdiyi açıqlamada İranın bu iddiasını təkzib edib və xəbərin doğru olmadığını deyib.

Qeyd edək ki, İran dünən də ölkəyə hücum edən İsrailə məxsus F-35 təyyarəsinin vurulduğunu bildirmişdi. İsrail həmin məlumatı da yalanlamışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice