BAKI, AzerVoice
Rusiya prezidenti Vladimir Putin İsrail ilə İran arasında gərginliyin azaldılması üçün Moskvanın vasitəçi olmağa hazır olduğunu bildirib.
AzerVoice xəbər verir ki, bu barədə o, ABŞ prezidenti Donald Trampla apardığı telefon danışığı zamanı deyib.
“Prezident Putin, İsrail və İran arasında gərginliyin artması fonunda Rusiyanın sülh yolu ilə həll üçün vasitəçilik etməyə hazır olduğunu ifadə edib” - deyə, Kremlin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, bugün Tramp və Putin arasında telefon danışığı baş tutub. Söhbət zamanı bölgədəki nüvə təhlükəsizliyi riski, enerji obyektlərinə hücumlar və mümkün humanitar böhran ssenariləri də müzakirə olunub. Kreml sözçüsü Yuri Uşakov, görüşün konstruktiv və açıq keçdiyini bildirib. Telefon danışığı təxminən 50 dəqiqə davam edib.