12
BAKI, AzerVoice
İsrailin İrana etdiyi hava hücumları fonunda Ankarada təhlükəsizlik zirvəsi keçirilib.
AzerVoice xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.
Məlumata görə, zirvədə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edib.
Yerli vaxtla saat 14:30-da başlayan görüşdə İsrailin İrana qarşı hava hücumu və bunun regional və qlobal təsirləri müzakirə olunub.