Əsas səhifə » Türkiyədə bir məktəbdə müəllim güllələnərək öldürülüb

Türkiyədə bir məktəbdə müəllim güllələnərək öldürülüb

BAKI, AzerVoice

Türkiyənin Konya vilayətində bir məktəbdə silahlı insident baş verib.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata əsasən, hadisə Konyanın Karatay rayonunda yerləşən Fetihkent İmam Hatip Orta məktəbində baş verib. Məktəbin 33 yaşlı müəllimi Muhammed Öz hadisə yerində öldürülüb.

Hadisə yerinə çatan polis qrupları, şübhəlini saxlayıb. Hazırda hüquq-mühafizə orqanlarının hadisə yerində araşdırmaları davam edir. Hadisənin motivi barədə rəsmi açıqlama verilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice