BAKI, AzerVoice
İsrailin Təbriz şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı səkkiz nəfər həlak olub.
AzerVoice xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri Məcid Fərşi məlumat verib.
“Hazırkı məlumatlara görə, sionist rejimin hücumları nəticəsində səkkiz mülki şəxs həlak olub” - deyə, o bildirib. Onun sözlərinə görə, zərbələr nəticəsində daha 12 nəfər yaralanıb.
Vilayətin Fövqəladə Hallar İdarəsinin rəhbəri əlavə edib ki, Təbrizdə eşidilən güclü partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin İsrailin hücumunu dəf etməsi ilə əlaqədar olub. İran mətbuatının məlumatına görə, Təbrizdəki hava limanı yerləşən rayon ikinci dəfə İsrailin raket hücumuna məruz qalıb. Şərqi Azərbaycan vilayətinin müxtəlif bölgələrində yerləşən hərbi obyektlər və kazarmalar da hədəf alınıb.