Əsas səhifə » Baykar və Leonardonun Yeni Əməkdaşlığı: LBA Systems Parisdə Sərgilənəcək

Baykar və Leonardonun Yeni Əməkdaşlığı: LBA Systems Parisdə Sərgilənəcək

BAKI,AzerVoice

Türk müdafiə sənayesi liderlərindən Baykar, "Paris AirShow"a ilk dəfə qatılacaq.

AzerVoice xəbər verir ki, sərgidə, Baykar ilə İtalyan müdafiə sənayesi nəhəngi Leonardonun birgə təşəbbüsü olan LBA Systems də təqdim ediləcək.

16-22 İyun 2025 tarixlərində Paris-Le Bourget Hava Limanında keçiriləcək sərgi, aviasiya və kosmik sektorda ən son texnologiyaları bir araya gətirəcək.

Baykar ilə Leonardo arasında qurulan LBA Systems bu ilki sərgidə beynəlxalq təqdimatını ilk dəfə edəcək. Dünyada PUA bazarında lider mövqeyə sahib olan Baykar və dünyanın ən böyük müdafiə şirkətlərindən biri olan Leonardo, bu ortaq təşəbbüslə müdafiə sənayesində yeni bir səhifə açmağı hədəfləyir.

Baykar tərəfindən inkişaf etdirilən texnologiya məhsulları da sərgi çərçivəsində Paris "AirShow"da ilk dəfə nümayiş ediləcək. Baykar, statik sahədə Bayraktar AKINCI PUA, Bayraktar TB3 PUA və Kemankeş 1 Mini Ağıllı Seyir Raketini təqdim edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice