BAKI, AzerVoice
İstanbulda İŞİD silahlı terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan və “xarici terrorçu döyüşçü” hesab edilən 15 şübhəlidən 9-u saxlanılıb.
AzerVoice xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, terror təşkilatı DEAŞ-a qoşulduqları barədə məlumat forması olan, sosial şəbəkələrdə təşkilat təbliğatı apardıqları müəyyən edilən, İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan və “xarici terrorçu döyüşçü” kimi qiymətləndirilən 15 şübhəli müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 9 şübhəli saxlanılıb.
Qaçqın vəziyyətdə olan digər 6 şübhəlinin tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.