BAKI, AzerVoice
ABŞ administrasiyası Tehranla toqquşmadan yayınmaq istəyir.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, İsrailin İranın nüvə obyektlərinə zərbə endirə biləcəyini istisna etməyib.
“Mən bu hücumun qaçılmaz olduğunu demək istəmirəm, amma görünür ki, bu baş verə bilər. Hər şey çox sadədir: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz. Qalan məsələlərdə isə istəyirəm ki, onlar (İran - red.) uğurlu olsunlar. Biz onlara uğurlu olmaqda kömək edəcəyik. Biz onlarla ticarət edəcəyik. Lazım olan hər şeyi edəcəyik” - deyə, Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, qarşıdurmadan yayınmağı üstün tutur.
“İran daha sərt danışıqlar aparmaq məcburiyyətində qalacaq, yəni indi vermək istəmədiyi şeyləri bizə verməli olacaq” - deyə, D.Tramp yekunlaşdırıb.