Əsas səhifə » Hindistandakı təyyarə qəzasında ölənlərin sayı artıb

Hindistandakı təyyarə qəzasında ölənlərin sayı artıb

BAKI, AzerVoice

Hindistanın qərbində Air India şirkətinə məxsus "Boeing 787 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 290-dan çox insan həlak olub.

AzerVoice xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlər arasında təyyarədə olan sərnişin və heyət üzvləri ilə yanaşı, təyyarənin düşdüyü yaşayış məhəlləsindəki yerli sakinlər də var.

Qeyd edək ki, daha əvvəl təyyarə qəzasından bir nəfərin sağ çıxdığı bildirilmişdi.

Qəza ilə bağlı araşdırma və xilasedici tədbirlər davam etdirilir. Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice