Əsas səhifə » "Qalatasaray" Leroy Sane ilə üç illik müqavilə imzalayıb

"Qalatasaray" Leroy Sane ilə üç illik müqavilə imzalayıb

BAKI, AzerVoice

Türkiyənin "Qalatasaray" klubu, Alman futbolçu Leroy Sane ilə üç illik müqavilə imzalayıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

“Peşəkar futbolçu Leroy Aziz Sane ilə 2025-ci ilin 1 iyul tarixindən başlamaqla 3 mövsüm üçün razılaşma əldə olunub. Müqaviləyə əsasən futbolçuya hər mövsüm üçün 9 milyon avro maaş və 3 milyon avro bonus ödənəcək” - deyə, məlumatda bildirilib.

“Çempionlar Liqasında ən böyük mübarizəni verəcək bir komanda qururuq. Sane formaları satışdadır və bu formaların yüz minlərlə satılmasını gözləyirik. Azarkeşlərimizin böyük dəstəyinə ehtiyacımız var” - deyə, klubun prezidenti Dursun Özbek vurğulayıb.

Sane isə, komanda azarkeşləri ilə bir araya gəlmək üçün səbirsizləndiyini bildirib.

“Bu klub üçün əlimdən gələni etmək, bu komandada uğur qazanmaq və azarkeşlərimizlə bir araya gəlmək üçün səbirsizlənirəm” - deyə, Leroy Sane qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice