Əsas səhifə » İran uranı zənginləşdirməyə davam edəcək - Pezeşkian

İran uranı zənginləşdirməyə davam edəcək - Pezeşkian

BAKI, AzerVoice

İran, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ölkəyə qarşı ittihamlar irəli sürən qətnaməsinə baxmayaraq, uranın zənginləşdirilməsini davam etdirəcək.

AzerVoice xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın verdiyi açıqlamada deyilir.

“İran müəyyən etdiyi yoldan dönməyəcək və uranı zənginləşdirməyə davam edəcək. Hətta obyektlərimiz bombalansa belə, elmi biliklər bizdə qalacaq. Onların dağıtdıqlarını biz yenidən quracağıq” - deyə, Pezeşkian bildirib.

İran Prezidenti MAQATE İdarə Heyətinin qətnaməsini “qərəzli” adlandırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice