Əsas səhifə » Türkiyədə 51 vilayətdə miqrantlara qarşı əməliyyat keçirlib

Türkiyədə 51 vilayətdə miqrantlara qarşı əməliyyat keçirlib

BAKI, AzerVoice

Türkiyədə 51 vilayətdə aparılan əməliyyatlarda 273 nəfər qeyri-qanuni miqrant saxlanılıb.

AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya son iki həftə ərzində ölkənin 51 vilayətində qeyri-qanuni miqrantlara və qeyri-qanuni miqrasiyaya qarşı genişmiqyaslı əməliyyatların keçirildiyini bildirib.

Nəticədə 273 miqrant qaçaqçılığı təşkilatçısı və 1022 qeyri-qanuni miqrant saxlanılıb.

Nazir qeyd edib ki, saxlanılan şəxslərdən 98-i barəsində həbs qərarı verilib, digərləri barədə isə hüquqi prosedurlar davam etdirilir.

Əməliyyatlar Daxili İşlər Nazirliyi, İmmiqrasiya İdarəsi, Təhlükəsizlik Ümumi Müdirliyi və vilayət təhlükəsizlik idarələrinin birgə koordinasiyası ilə İstanbul, Adana, İzmir, Van, Hakkari, Qaziantep, Bursa və digər vilayətlərdə həyata keçirilib.

Nazir Yerlikaya əməliyyatların insan hüquqları və qanunlara hörmət çərçivəsində icra edildiyini vurğulayıb və əlavə edib ki, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə Türkiyənin miqrasiya siyasətində əsas prioritetlərdən biridir.

Digər Kateqoriyalar

2025 © Azervoice