Əsas səhifə » TUSAŞ Türkiyənin 11-ci böyük sənaye müəssisəsi olub

TUSAŞ Türkiyənin 11-ci böyük sənaye müəssisəsi olub

BAKI,AzerVoice

TUSAŞ 2024-cü ildə Türkiyənin 11-ci ən böyük sənaye müəssisəsi olub.

AzerVoice xəbər verir ki, Türk Aerokosmik Sənaye A.Ş. (TUSAŞ) 2024-cü ildə 98 milyard lirə xalis satış gəliri əldə edərək, İstanbul Sənaye Palatasının (İSO) tərtib etdiyi "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi" siyahısında 11-ci pillədə qərarlaşıb.

İSO-nun dərc etdiyi hesabatda TUSAŞ-ın 2023-cü illə müqayisədə 6 pillə irəlilədiyi qeyd olunub. Şirkət 2024-cü ildə istehsaldan 98 milyard 58 milyon 95 min 572 lirə xalis satışla müdafiə sənayesi sahəsində lider mövqeyini qoruyub.

Məlumata görə, TUSAŞ-ın xüsusilə son illərdə artan istehsal gücü, yeni nəsil hava platformalarına yönəltdiyi investisiyalar və ixrac imkanlarının genişlənməsi bu nailiyyətə mühüm təsir göstərib.

Şirkətin istehsal müəssisələri ilə birlikdə yaratdığı ümumi əlavə dəyər 42 milyard 20 milyon lirəyə çatıb. Bu göstərici TUSAŞ-ın milli iqtisadiyyata verdiyi töhfəni əyani şəkildə ortaya qoyur.

Qeyd edək ki, 78 milyard lirəyə çatan investisiya dəyəri ilə TUSAŞ hazırda Türkiyənin aviasiya və kosmos texnologiyaları sahəsində lider şirkəti olaraq, qlobal miqyasda rəqabətədavamlı oyunçu olma hədəfinə doğru irəliləyir.

Digər Kateqoriyalar

2025 © Azervoice