Əsas səhifə » Lavrov və Rubio ABŞ-Rusiya ikitərəfli münasibətlərini müzakirə ediblər

Lavrov və Rubio ABŞ-Rusiya ikitərəfli münasibətlərini müzakirə ediblər

Foto: Rusiya Xarici İşlər Nazirliyi

BAKI, AzerVoice

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ-ın dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

AzerVoice xəbər verir ki, bu barədə Nazirliyin verdiyi məluatda deyilir.

Məlumata görə, söhbət zamanı Rubio ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin tezliklə başa çatdırılmasına sadiq olduğunu vurğulayıb.

Tərəflər, həmçinin, Rusiya–ABŞ münasibətləri ilə bağlı aktual məsələləri və gündəmdə olan digər mövzuları müzakirə ediblər.

Lavrov isə öz növbəsində qeyd edib ki, Moskva ABŞ ilə münasibətlərdə illüziyaya qapılmaq niyyətində deyil və Vaşinqtonun real addımlarını gözləyir. O həmçinin bildirib ki, Trampa Ukrayna ilə bağlı təqdim olunan informasiyalar “ələkdən keçirilərək” çatdırılır.

Digər Kateqoriyalar

2025 © Azervoice