Əsas səhifə » İstanbul Avropada yükdaşıma lideri olub

İstanbul Avropada yükdaşıma lideri olub

BAKI, AzerVoice

Frankfurt Hava Limanı Avropadakı liderliyini İstanbul Hava Limanına itirib.

AzerVoice xəbər verir ki, Alman Aviasiya Birliyi (BDL) Frankfurt Hava Limanının 2023-cü ildə yükdaşıma sahəsində Avropadakı birinciliyini İstanbul Hava Limanına verdiyini açıqlayıb.

BDL-nin yaydığı məlumata görə, Almaniyanın yüksək yerüstü xərcləri və artan bürokratik çətinliklər ölkənin hava nəqliyyatı sahəsində rəqabət gücünü zəiflədir. Hesabata əsasən, Frankfurtun illik yük dövriyyəsində azalma qeydə alınıb, İstanbul isə əksinə, bu göstəricini 39,6 faiz artıraraq liderliyə yüksəlib.

Frankfurt hava limanının operatoru Fraport şirkətinin nümayəndəsi Pierre Dominique Prümm bu vəziyyəti “hərəkətə keçmək üçün siqnal” adlandırıb və rəqabət üstünlüyünü qorumaq üçün hökumətin strateji addımlar atmalı olduğunu bildirib.

Qeyd edək ki, BDL Almaniyanın hava nəqliyyatını gücləndirmək məqsədilə beş maddədən ibarət “Güclü Almaniya iqtisadiyyatı üçün güclü hava nəqliyyatı” proqramı təqdim edib. Proqramda dövlət xərclərinin azaldılması, gömrük və emal proseslərinin rəqəmsallaşdırılması, iş saatlarının elastikləşdirilməsi və ƏDV mexanizminin sadələşdirilməsi kimi təkliflər yer alır.

Almaniya ixracatında hər dörd avrodan birinin hava nəqliyyatından asılı olduğunu vurğulayan BDL baş meneceri Yoahim Lanq bildirib ki, logistika sahəsində geriləmə iqtisadi artıma mənfi təsir göstərir və bu sahədə təcili tədbirlər görülməlidir.

Digər Kateqoriyalar

2025 © Azervoice