25
BAKI, AzerVoice
Türkiyənin DEM Partiyası bu gün Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə görüş keçirəcək.
AzerVoice xəbər verir ki, görüşdə əsas mövzulardan biri PKK-nın silah qoyması və bundan sonra atılacaq addımlar olacaq. Həmçinin MHP lideri Devlet Bahçelinin “komissiya yaradılsın” təklifi də müzakirə ediləcək.
Tərəflər arasında cəza infaz qanunundakı dəyişikliklərlə bağlı fikir mübadiləsi aparılacaq.
DEM Partiyasının bu həftə hakim AK Partiya ilə də görüşəcəyi gözlənilir.