BAKI, AzerVoice
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar rəsmi təmaslar üçün Suriyanın paytaxtı Dəməşqə gedib. Nazir Bayraktar və onu müşayiət edən heyət prezident Şara tərəfindən qəbul ediləcək.
AzerVoice xəbər verir ki, nazir Bayraktar və rəhbərlik etdiyi nümayəndə heyəti Dəməşq Beynəlxalq Hava Limanında Türkiyənin Dəməşq səfirliyinin müvəqqəti işlər vəkili Burhan Köroğlu və Suriya rəsmiləri tərəfindən qarşılanıb.
Enerji və Təbii Sərvətlər naziri Bayraktar Dəməşqdə suriyalı həmkarı Məhəmməd Bəşirlə görüşəcək. Görüşün yekununda iki ölkə arasında enerji, mədənçıxarma və karbohidrogen sahələrində əməkdaşlıq sazişinin imzalanması gözlənilir.
Qeyd edək ki, Nazir Bayraktar və rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra prezident Əhməd Şara tərəfindən qəbul ediləcək.