Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Trampla üz-üzə görüşə bilərik - Ərdoğan

    22 May 2025 14:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Bəlkə Amerikaya gedib Trampla üz-üzə görüşə bilərəm.

    AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfəri zamanı təyyarədə jurnalistlərin gündəmdə olan məsələlərlə bağlı suallarını cavablandırıb. O, ABŞ-da nəşr olunan “Newsweek” jurnalında barəsində yayımlanan məqaləyə münasibət bildirib.

    “Newsweek” jurnalında “Ərdoğan dünyanın ən güclü adamlarından biridir və Trampın müttəfiqidir” başlıqlı məqalənin dərc olunduğunu xatırladan jurnalistlərin sualına cavab verən Prezident bildirib ki, bu cür qiymətləndirmələr Türkiyənin beynəlxalq arenada artan nüfuzunu əks etdirir.

    “Türkiyə gücləndikcə onun beynəlxalq təsir imkanları da artır. Bu, ölkəmizin son 23 ildə qazandığı sabitliyin nəticəsidir. Həm Tramp, həm də digər dünya liderləri ilə münasibətlərimiz möhkəm və səmimidir. Bəlkə Amerikaya səfər edə bilərəm. Düşünürəm ki, orada cənab Trampla üz-üzə görüşmək şansımız olacaq”, – deyə Ərdoğan bildirib.

    Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan son olaraq 2025-ci il mayın 21-də Macarıstanın paytaxtı Budapeştə səfər edib. Bu səfər çərçivəsində o, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edib.

    Onu da qeyd edək ki, Ərdoğan və ABŞ Prezidenti Donald Tramp son dəfə 2025-ci il mayın 5-də telefon danışığı aparıblar. Bu danışıqda onlar Rusiya-Ukrayna müharibəsinin sonlandırılması, Suriya və Qəzzadakı vəziyyətlər kimi məsələləri müzakirə ediblər.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #ABŞ #Macarıstan #Donald Tramp #Türkiyə-ABŞ münasibətləri #ABŞ Türkiyə hərbi əməkdaşlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    18 Fevral 2026 14:49

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    18 Fevral 2026 14:30

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    18 Fevral 2026 14:13

    Klinton Orbanı Trampın siyasi təsiri altında olmaqda ittiham etdi

    18 Fevral 2026 13:31

    Türkiyə Suriya məsələsində kompleks yanaşma nümayiş etdirmişdir - Kalın

    17 Fevral 2026 16:35

    Osimhen Napolini tənqid etdi

    17 Fevral 2026 16:19

    ABŞ Filippinə əlavə raket sistemləri yerləşdirməyi planlaşdırır

    17 Fevral 2026 14:15

    Tramp Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginliyə münasibət bildirib

    17 Fevral 2026 11:47

    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib

    17 Fevral 2026 11:45

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Türkiyə–Efiopiya münasibətlərində yeni mərhələ – Liderlər Əddis-Əbəbədə görüşəcək

    17 Fevral 2026 09:24

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21
    XƏBƏR LENTİ

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.