Əsas səhifə » Türkiyə XİN İsrailin Qüds Baş Konsulluğunun nümayəndəsinə qarşı etdiyi hücumu tənqid edib

Türkiyə XİN İsrailin Qüds Baş Konsulluğunun nümayəndəsinə qarşı etdiyi hücumu tənqid edib

BAKI, AzerVoice

Türkiyənin Xarici İşlər Nazirliyi, yaydığı bəyanatda İsrail tərəfindən İordan çayının qərb sahilində Qüds Baş Konsulluğunun əməkdaşının olduğu bir qrup diplomatın atəşə tutulmasını sərt şəkildə təndiq edib.

AzerVoice xəbər verir ki, bəyanatda deyilir:

“Qüds Baş Konsulluğumuzun əməkdaşının da daxil olduğu bir qrup diplomata Cenin şəhərinə etdikləri səfər zamanı İsrail əsgərləri tərəfindən atəş açılmasını ən sərt şəkildə qınayırıq.

Diplomatların həyatını təhlükəyə atan bu hücum, İsrailin beynəlxalq hüquq və insan haqlarını sistemli şəkildə heçə saymasının növbəti nümunəsidir.

Diplomatların hədəf alınması təkcə fərdi təhlükəsizlik üçün deyil, eyni zamanda dövlətlərarası münasibətlərin əsasını təşkil edən qarşılıqlı hörmət və etimad mühitinə yönəlmiş ciddi bir təhlükədir.

Hadisənin dərhal araşdırılması və məsul şəxslərin cavab verməsi vacibdir.

Beynəlxalq ictimaiyyəti bu təhlükəli hücumu ən sərt şəkildə qınamağa və İsrailin cəzasız qalmaması üçün konkret addımlar atmağa çağırırıq.”

Digər Kateqoriyalar

2025 © Azervoice