BAKI, AzerVoice
Ərdoğan və Tokayev arasında telefon danışığı- Türk Dövlətləri Təşkilatında əməkdaşlıq vurğulanıb.
AzerVoice xəbər verir ki, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.
Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının
Kommunikasiyalar İdarəsi yayıb.
Görüşdə iki ölkə arasındakı ikitərəfli münasibətlər, regional və qlobal proseslər müzakirə edilib. Prezident Ərdoğan qeyd edib ki, Türkiyə və Qazaxıstan arasındakı əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də çoxtərəfli platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatında daha da gücləndiriləcək.
Telefon danışığı zamanı Prezident Ərdoğan həmçinin Qazaxıstan lideri Kasım-Jomart Tokayevi doğum günü münasibətilə təbrik edib.