15
BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının silahlarını buraxması ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
AzerVoice xəbər verir ki, paylaşımda deyilir:
“Terrorsuz Türkiyə hədəfimizə gedən yolda bu gün atılan mühüm addımın yaxçı nəticələrə gətirib çıxaracağını arzu edirəm. Ölkəmizin təhlükəsizliyi, millətimizin firavanlığı və bölgəmizdə qalıcı sülhün bərqərar olması üçün getdiyimiz bu yolda Allah bizə hədəflərimizə çatmağı nəsib etsin.”
Qeyd edək ki, bu gün Süleymaniyyədə PKK-nın ilk silah buraxma mərasimi keçirilib və prosesin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.