Əsas səhifə » Tripolidə tam və davamlı atəşkəs təmin olunmalıdır - Türkiyə XİN

Tripolidə tam və davamlı atəşkəs təmin olunmalıdır - Türkiyə XİN

BAKI, AzerVoice

Liviyanın paytaxtı Tripolidə tam və davamlı atəşkəs təmin olunmalıdır.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilib.

"Tripolidə və ətraf bölgələrdə müşahidə olunan gərginliyi yaxından izləyirik. Tərəfləri vaxt itirmədən tam və davamlı atəşkəsin təmin olunması və mövcud mübahisələrin həlli üçün dialoqa başlamağa çağırırıq" - deyə, açıqlamada qeyd olunub.

Həmçinin bildirilib ki, Türkiyə, Liviyada davamlı və dayanıqlı bir həllin əldə olunması üçün üzərinə düşəni etməyə hazırdır.

Qeyd edək ki, Liviyanın müvəqqəti Milli Birlik Hökumətinə (MBH) tabe olan “444-cü döyüş briqadası” ilə Abdulrauf Kara rəhbərliyindəki “Əl-Rədə aparatının” döyüşçüləri arasında baş verən toqquşmalar, Baş nazir Əbdülhəmid Dibeybənin Əl-Rədə aparatını ləğv etmək qərarı ilə daha da şiddətlənib. Nəticədə hava nəqliyyatı və təhsil fəaliyyəti dayandırılıb, dövlət idarələrinin işi müvəqqəti olaraq dayandırılıb. Misir və bir sıra başqa dövlətlər Liviya ilə bağlı vəziyyətin təhlükəli həddə çatmasından narahatlıqlarını bildiriblər. BMT isə tərəflər arasında gərginliyin azaldılmasına çağırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice