Əsas səhifə » Türkiyə və Ukrayna XİN rəhbərləri sülh təşəbbüslərini müzakirə edib

Türkiyə və Ukrayna XİN rəhbərləri sülh təşəbbüslərini müzakirə edib

BAKI, AzerVoice

Türkiyə Xarici İşlər naziri Hakan Fidan, NATO Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Ukrayna Xarici İşlər naziri Andriy Sibiqa ilə Antalyada görüş keçirib.

AzerVoice xəbər verir ki, görüşdə Ukrayna və Rusiya arasında atəşkəsin təmin olunması və bölgədə daimi sülhün qurulmasına yönələn səylər geniş şəkildə müzakirə olunub.

Nazirlər arasında keçirilən danışıqlarda Ankara tərəfi bir daha vurğulayıb ki, Türkiyə Ukraynada sülhə nail olunması üçün vasitəçilik və danışıqlara ev sahibliyi daxil olmaqla hər cür dəstək göstərməyə hazırdır.

Görüş zamanı həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinin hazırlıqları da nəzərdən keçirilib.

Türkiyənin bu görüş vasitəsilə regional sabitliyə və diplomatik təşəbbüslərə dəstək göstərməyə davam etdiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice