Əsas səhifə » Quterreş İstanbuldakı Rusiya-Ukrayna danışıqlarında iştirak etməyəcək

Quterreş İstanbuldakı Rusiya-Ukrayna danışıqlarında iştirak etməyəcək

BAKI, AzerVoice

BMT-nin baş katibi Antoniu Quterreş, Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak etmək niyyətində deyil.

AzerVoice xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini məlumat verib.

"Baş katib orada olmayacaq. O, hazırda Berlindədir və oradan başqa bir dayanacaqla Bağdada gedəcək" - deyə, məlumatda qeyd olunub.

Xatırladaq ki, mayın 11-də Rusiya Prezidenti Vladimir Putin, Kiyev rəhbərliyinə 2022-ci ildə dayandırılan birbaşa danışıqları əvvəlcədən şərt qoyulmadan bərpa etməyi təklif etmişdi. Dialoqun sabah (mayın 15-də) İstanbulda başlanması nəzərdə tutulur. Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski də mayın 15-də İstanbulda olacağını bildirib.

Qeyd edək ki, Ağ Evdən ötən gün verilən məlumata görə, İstanbulda aparılacaq danışıqlarda ABŞ-ı Marko Rubio, Stiven Uitkoff və Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloq təmsil edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice