BAKI, AzerVoice
“Baykar Piaggio-nu alaraq müdafiə sahəsində üstünlük qazanıb.”
AzerVoice xəbər verir ki, Türkiyənin
müdafiə sənayesi şirkəti Baykar-ın İtaliyanın aviasiya şirkəti
Piaggio Aerospace-i satın alması Yunanıstan mətbuatında
narahatlıqla qarşılanıb.
Yunan mediası bu addımı Yunanıstanın milli müdafiə maraqlarına
qarşı strateji zərbə kimi dəyərləndirib.
SLpress nəşri yazır ki, Piaggio-nun F-35 döyüş təyyarələri üçün hissələr istehsal etməsi və Şimali Amerika müdafiə sənayesi ilə əlaqələri Baykar-ın bu alışını daha da strateji edir. Nəşr iddia edir ki, bu, Türkiyəyə Avropa müdafiə sənayesinə birbaşa çıxış imkanı yaradır və regionda təhlükəsizlik balansını dəyişə bilər.
Məqalədə həmçinin bildirilir ki, Yunanıstan hökuməti bu satışla bağlı məlumatı əvvəlcədən bilsə də, diplomatik səylərlə qarşısını almağa müvəffəq olmayıb.
Qeyd edək ki, Baykar hazırda dünyanın ən böyük pilotsuz uçuş aparatı istehsalçılarından biri sayılır və bu addım onun beynəlxalq müdafiə bazarındakı mövqeyini daha da gücləndirir.