Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    CHP sədri Kamal Kılıçdaroğlu ifadə verməyə çağırılıb

    8 May 2025 18:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu, partiyanın 38-ci Qurultayında pul qarşılığında səs verildiyi iddiaları ilə bağlı başladığı istintaq çərçivəsində Ankara Baş Prokurorluğu tərəfindən zərərçəkmiş statusunda ifadə verməyə çağırılıb.

    AzerVoice-un məlumatına görə, Baş Prokurorluğun Siyasi Partiyalar Haqqında Qanunun 112-ci maddəsi və digər müvafiq qanunvericiliyə əsasən apardığı istintaq davam edir. İstintaq Mətbuat Cinayətləri İdarəsi tərəfindən həyata keçirilir.

    İndiyədək aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış və korrupsiya ittihamı ilə həbs olunmuş Əkrəm İmamoğlunun da olduğu 90 nəfər şübhəli qismində ifadə verib. Eyni zamanda 36 nəfərin şahid qismində ifadəsi alınıb.

    Digər tərəfdən, keçmiş Hatay Bələdiyyə Başçısı Lütfü Savaş və bəzi qurultay nümayəndələri, CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirdiyi qurultayın ləğvi üçün mülki məhkəmələrdə ayrı-ayrılıqda iddia qaldırıblar.

    Həmin iddialar Ankara 42-ci Asliye Hüquq Məhkəməsində birləşdirilib və məhkəmə işi 26 may tarixində davam etdiriləcək.

    #Türkiyə #CHP #Əkrəm İmamoğlu #Ankara Baş Prokurorluğu #Kamal Kılıçdaroğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Ombudsmanı Türkiyənin C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

    11 Noyabr 2025 21:16

    Türkiyə Pakistanda baş verən partlayışla bağlı başsağlığı verib

    11 Noyabr 2025 21:11

    Milli Məclisin sədri Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb

    11 Noyabr 2025 20:14

    Azərbaycan-Türkiyə reysi üçün havalanan C130 təyyarəsi Gürcüstanda qəzaya uğrayıb - Türkiyə MN

    11 Noyabr 2025 16:48

    İstanbul Baş Prokurorluğu İmamoğlu təşkilatı işi üzrə ittiham aktını tamamlayıb

    11 Noyabr 2025 15:51

    Misir Xarici İşlər Naziri sabah Türkiyəyə səfər edəcək

    11 Noyabr 2025 14:53

    Türkiyə və ABŞ XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

    11 Noyabr 2025 09:07

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    10 Noyabr 2025 20:26

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    10 Noyabr 2025 20:09

    Azərbaycanın XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

    10 Noyabr 2025 15:24

    Müdafiə Nazirliyi Atatürkün anım günü ilə bağlı paylaşım edib

    10 Noyabr 2025 10:44

    Əmin və bacarıqlı kadrların rəhbərliyi ilə Türkiyə qlobal güc olma yolunda inamla irəliləyir - Ərdoğan

    10 Noyabr 2025 10:40
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan Ombudsmanı Türkiyənin C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

    Türkiyə Pakistanda baş verən partlayışla bağlı başsağlığı verib

    Azərbaycan XİN Pakistana başsağlığı verib

    İsrailin hücumları və ABŞ-ın təzyiqi davam etdikcə, Livanda sabitlik olmayacaq - Hizbullah

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    İsrail uşaq peyvəndlərinin girişini məhdudlaşdırır - UNICEF

    Milli Məclisin sədri Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    Türkiyə XİN başçısı Gürcüstanda qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama verib

    Şara, Əl-Qaidənin ABŞ-yə hücumu ilə bağlı verilən suala münasibət bildirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.