Əsas səhifə » Türkiyə–İraq Münasibətləri Qonşuluqdan Daha Artıqdır - Sudani

Türkiyə–İraq Münasibətləri Qonşuluqdan Daha Artıqdır - Sudani

BAKI, AzerVoice

Türkiyə ilə İraq arasındakı münasibətləri sadəcə qonşuluq münasibətləri kimi dəyərləndirmək yetərli deyil.

AzerVoice xəbər verir ki, bu fikirləri İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani səsləndirib.

Proqramda iki ölkə arasındakı münasibətlərin ikitərəfli, regional və beynəlxalq ölçüləri müzakirə olunub.

Baş nazir qeyd edib ki, münasibətlər əsasən terrora qarşı mübarizə çərçivəsində qurulub, lakin bu əlaqələrə artıq daha geniş, strateji müstəvidə baxmaq zəruridir.

“Bu əlaqələri keçici deyil, uzunmüddətli inkişaf və əməkdaşlıq əsasında formalaşdırmaq niyyətindəyik” – deyə o bildirib.

Sudani çıxışında “İnkişaf Yolu” layihəsinin sadəcə bir infrastruktur təşəbbüsü olmadığını, eyni zamanda iqtisadi inteqrasiyanı hədəfləyən strateji bir layihə olduğunu bildirib. Onun sözlərinə görə, bu layihə Orta Şərqin ən önəmli regional təşəbbüslərindən biridir və tezliklə başa çatdırılması planlaşdırılır.

Fələstin məsələsinə də toxunan Sudani, İraqın bu məsələyə münasibətinin dövlətin bütün institutları tərəfindən açıq şəkildə ortaya qoyulduğunu bildirib.

“Fələstin məsələsini siyasi, hüquqi və humanitar baxımdan dəyərləndiririk. Eyni zamanda ölkəmizin milli maraqlarını qorumağa da davam edirik. İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət bölgəni müharibə və qarşıdurma atəşinə sürükləmək istəyir” – deyə o əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice