14
BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp yaxın zamanda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
AzerVoice xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlama verərkən bildirib.
“Biz Ukrayna ilə nadir metallara dair razılaşma imzaladıq. Bu razılaşma onların qanunverici orqanları tərəfindən tam şəkildə ratifikasiya olunub və təsdiqlənib. Biz bunu yüksək qiymətləndiririk və Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir qədər sonra danışacağam” - deyə, o qeyd edib.
Tramp, Zelenski ilə hansı mövzuları müzakirə edəcəyinə dair dəqiq məlumat verməyib.