Əsas səhifə » 2025-ci ilin yanvar–aprel dövründə Türkiyənin İrana sement ixracı cüzi artıb (ÖZƏL)

2025-ci ilin yanvar–aprel dövründə Türkiyənin İrana sement ixracı cüzi artıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin aprel ayında İrana sement ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azalaraq, 687 min 7 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən İrana sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq, 3 milyon 967 min 17 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 1 milyard 403 milyon 422 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 389 milyon 375 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 16,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 4 milyard 324 milyon 511 min dollar məbləğində sement ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice