Əsas səhifə » PKK bu gün-sabah ləğv olunacaq - Ərdoğan

PKK bu gün-sabah ləğv olunacaq - Ərdoğan

BAKI, AzerVoice

Bütün manəeləri aşdıq. Bu gün-sabah PKK terror təşkilatı ləğv olunacaq.

AzerVoice xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Baş Qərargahında nazirlər və millət vəkilləri ilə keçirdiyi görüşdə səsləndirib.

“Bundan sonra yeni bir proses, hamımız üçün yeni bir dövr başlayacaq” - deyə, Ərdoğan bildirib.

Ərdoğan, bu prosesi düzgün idarə etməyin əhəmiyyətini qeyd edərək iclas iştirakçılarına güvəndiyini bildirib.

“Siyasi qazanc əldə etmək istəyənlər çıxa bilər, buna da hazır olmalıyıq. Bizi asan proses gözləmir. Bu məsələdə sizə güvənirəm” - deyə, o qeyd edib.

Bununla yanaşı Türkiyə Prezidenti, iclas zamanı İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) yönəlmiş maliyyə cinayətləri istintaqına də nəzər salıb.

“Bizə düşən, məhkəmənin öz işini görməsini təmin etməkdir” - deyə, Ərdoğan bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice