BAKI,AzerVoice
Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin Ukraynada 8-10 may tarixlərində təklif etdiyi atəşkəsin daimi sülhə yol aça biləcəyinə ümid etdiyini bildirib.
AzerVoice xəbər verir ki, Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasındakı münaqişənin ədalətli və möhkəm sülh ilə sona çatacağına olan ümidini itirmədiyini vurğulayıb.
“Ümid edirik ki, bu atəşkəs daha da inkişaf edəcək və genişlənəcək. Bu müvəqqəti atəşkəsin daimi sülhə qapı açacağına inanırıq”- deyə o, qeyd edib.
Xatırladaq ki, aprelin 28-də Rusiya Prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü münasibətilə xüsusi hərbi əməliyyat zonasında atəşkəs elan edib. Atəşkəs 8 may saat 00:00-dan 11 may saat 00:00-a qədər qüvvədə olacaq.
Türkiyənin bu təşəbbüsə dəstəyi, ölkənin regionda sülhün bərqərar olması üçün vasitəçi rolunu davam etdirmək istəyini göstərir.
Ərdoğanın açıqlamaları münaqişənin həlli istiqamətində beynəlxalq səylərin gücləndirilməsinə çağırış kimi dəyərləndirilir.