Əsas səhifə » Ərdoğan İslam ölkələrini birliyə çağırıb

Ərdoğan İslam ölkələrini birliyə çağırıb

BAKI, AzerVoice

“İslam coğrafiyası son iki əsrdə məkrli planların hədəfi olub.”

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Quran Gözəl Qiraət Yarışması çərçivəsində etdiyi çıxışında İslam dünyasının son iki əsrdə çoxsaylı hücumlara və parçalanma siyasətlərinə məruz qaldığını vurğulayıb.

Ərdoğan çıxışında İslam ölkələri arasında birliyin vacibliyini önə çəkərək , “Bizi süni gündəmlərlə yolumuzdan yayındırmaq istəyən qlobal güclərə imkan verməməli, üzərimizdəki ölü torpağı silkələməliyik” - deyə bildirib.

“İslam coğrafiyası uzun müddətdir ‘parçala, hökm sür’ siyasətinin mərkəzində olub. Bəzən etnik, bəzən isə mədəni fərqliliklərimiz bu məkrli planların əsas hədəfinə çevrilib. İki əsrdir aramıza nifaq toxumları səpilir, bu da bizi bir-birimizdən uzaqlaşdırır. Bu divarlar nifrət, düşmənçilik və ixtilafla inşa olunub”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti, İslam dünyasında həmrəyliyin bərpası və gücləndirilməsinin vacibliyini vurğulayaraq, “Biz Allahın ipindən möhkəm yapışmalı, ruh birliyimizi yenidən bərpa etməliyik” - deyə qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice