Əsas səhifə » Zəlzələ ilə Bağlı Dezinformasiyaya Qarşı Diqqətli Olun - Fahrettin Altun

Zəlzələ ilə Bağlı Dezinformasiyaya Qarşı Diqqətli Olun - Fahrettin Altun

BAKI, AzerVoice

İstanbulda baş verən zəlzələ ilə bağlı sosial mediada yayılan dezinformasiyaya qarşı diqqətli olun.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

Altun qeyd edib ki, aidiyyəti qurumlar öz sahələrində araşdırma və qiymətləndirmə işlərini davam etdirirlər.

"Media qurumlarımızdan zəlzələ ilə bağlı xəbərləri sansasiya və dezinformasiyadan uzaq, məsuliyyətli şəkildə yaymalarını gözlədiyimizi bir daha bildiririk. Vətəndaşlarımızdan isə yalnız rəsmi qurumların açıqlamalarını və təsdiqlənmiş məlumatları izləmələrini, doğrulanmamış informasiyalara etibar etməmələrini xahiş edirik", – deyə Altun əlavə edib.

Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Hadisə nəticəsində can itkisi qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Digər Kateqoriyalar

2025 © Azervoice