Bakı, AzerVoice
Gedişatı yaxından izləyirik. Vətəndaşlarımıza keçmiş olsun diləklərimi bildirirəm
AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ard-arda baş verən zəlzələlərlə bağlı açıqlama verib.
Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Hadisə nəticəsində can itkisi qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.