Yaponiyanın şimalındakı Aomori prefekturası açıqlarında 6,7 bal gücündə zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasına görə, episentri Aomori prefekturasının şərq açıqları olan 6,7 bal gücündə silkələnmə qeydə alınıb. Təxminən 20 kilometr dərinlikdə meydana gələn zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami xəbərdarlığı edilib.
#Zəlzələnin təsiri və nəticələri
Balıkesir şəhərinin Sındırgı rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 11:06-də baş verib. Zəlzələnin yerin təxminən 6,97 kilometr dərinliyində baş verdiyi bildirilib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.
Türkiyədə Antalyada 4,9 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ Antalyada yerli vaxtla saat 13:21-da (Bakı vaxtı ilə saat 14:21-də) baş verib. Yeraltı təkanların ocağı 28,25 kilometr dərinlikdə yerləşib. İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.
Türkiyənin Balıkesir şəhərinin Sındırgı rayonunda 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 16:25-də baş verib. Zəlzələnin yerin təxminən 11,1 kilometr dərinliyində baş verdiyi bildirilib. Açıqlamada bildirilib ki, zəlzələ bölgədə hiss olunsa da, hazırda dağıntı və ya mənfi hal qeydə alınmayıb.
Əfqanıstanın şimalında baş verən 6,3 bal gücündə zəlzələdə ilkin məlumata görə azı 9 nəfər həyatını itirib. Zəlzələ anları isə təhlükəsizlik kameralarına əks olunub. Əfqanıstan Milli Fəlakət İdarəetmə Agentliyinin açıqlamasında zəlzələnin episentrinin ölkənin şimalında yerləşən Samangan vilayəti olduğu bildirilib. Açıqlamada qeyd olunub ki, ilkin məlumatlara əsasən, zəlzələ nəticəsində ən azı 9 nəfər həlak olub, 143 nəfər yaralanıb. Rayonlarda dağıntıların qiymətləndirilməsi davam edir, zəlzələ anlarını əks etdirən görüntülər isə sosial mediada paylaşılıb.
Balıkesir şəhərinin Sındırgı rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib. Yeraltı təkanlar bu gün saat 08:58-də baş verib. Zəlzələnin yerin təxminən 6,79 kilometr dərinliyində baş verdiyi bildirilib..
Balıkesir şəhərinin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra 330 yeraltı təkan sarsıntı qeydə alınıb. Türkiyənin Fövqəladə Hallar və Təcili Yardım İdarəsi (AFAD) məlumatına görə, dünən saat 23:48-də Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ olub. Zəlzələ yalnız Balıkesir deyil, həmçinin İzmir, Bursa, İstanbul, Tekirdağ, Kocaeli və Sakarya daxil olmaqla Marmara və Egey bölgələrinin bir çox şəhərində hiss edilib. Zəlzələnin dərinliyi 5,99 kilometr olaraq müəyyən olunub.
Ekvadorun cənubunda, El Oro əyalətində 5,5 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) məlumatına görə, ölkənin cənubundakı El Oro əyalətinə bağlı Arenillas qəsəbəsinin 11,5 kilometr cənub-şərqində, yerli vaxtla saat 19:05-də 5,5 bal gücündə təkan qeydə alınıb. Zəlzələ 73,6 kilometr dərinlikdə baş verib. Zəlzələdə insan tələfatı və zərər barədə hələ açıqlama verilməyib.
Filippinin Luzon adasında yerləşən Union şəhəri yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ Geoloji Tədqiqatlar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Luzon adasındakı Union şəhərinin cənub-qərbində yerləşib. Təxminən 69 kilometr dərinlikdə baş verən yeraltı təkan nəticəsində hazırda hər hansı insan tələfatı və ya maddi zərər barədə məlumat verilməyib. Zəlzələdən sonra “tsunami” xəbərdarlığı da elan edilməyib.
İndoneziyanın şərqində yerləşən Papua əyalətində 6,5 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına əsasən, zəlzələnin episentri Abepura bölgəsindən təxminən 200 kilometr qərbdə olub. Yerli vaxtla saat 14:48-də qeydə alınan təkan 70,1 kilometr dərinlikdə meydana gəlib.
Bu səhər Filippinlərin cənubunda baş vermiş 7,4 bal gücündə zəlzələdən bir neçə saat sonra bölgədə 6,9 bal gücündə ikinci bir zəlzələ qeydə alınıb. AFP xəbər agentliyinin yaydığı məlumata görə, bu gün səhər saatlarında baş verən güclü zəlzələnin ardından Mindanao adasında ikinci bir zəlzələ baş verib. Mütəxəssislər ikinci zəlzələnin ilk zəlzələnin artçı sarsıntısı ola biləcəyini bildiriblər.
Filipinlərin Palompon bölgəsinin qərbində, 30 sentyabrda baş verən 6,9 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 72-yə çatıb. Palomponun qərbində və Cebu əyalətinin sahilində baş verən zəlzələdən sonra itkilər artmaqda davam edir. Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurasından (NDRRMC) verilən açıqlamada, 6,9 bal gücündə zəlzələdə ölənlərin sayının 72-yə yüksəldiyi bildirilib.