Bakı,
AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayının ilk günündə
Suriyanın paytaxtı Dəməşqdə iftar açacaq.
AzerVoice xəbər verir ki , məlumata görə, iftardan sonra Ərdoğan Dəməşqin tarixi Əməvi məscidində təravih namazı qılacaq.
Bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına edən Suriya
Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd Əl-Şaraa daha sonra
fevralın 4-də prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya
səfər etmişdi.