Əsas səhifə » Tokayev Macarıstana səfər edəcək

Tokayev Macarıstana səfər edəcək

BAKI,AzerVoice

ğ20–21 may tarixlərində Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Macarıstana səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti 2025-ci il mayın 20–21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək.

Sammit Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə təşkil olunur. Toplantıda TDT-yə üzv ölkələrin prezidentləri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan rəhbərlikləri iştirak edəcək.

Eyni zamanda, sammitdə təşkilata müşahidəçi statusu ilə qoşulan ölkələrin nümayəndələri və TDT-nin Baş katibi də iştirak edəcəklər.

Qeyd edək ki, bu, Türk Dövlətləri Təşkilatının tarixində ilk dəfədir ki, qeyri-rəsmi sammit müşahidəçi ölkənin ərazisində keçirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice