Əsas səhifə » Türkmənistan Qazaxıstanı BMT Qətnaməsinə görə təbrik etdi

Türkmənistan Qazaxıstanı BMT Qətnaməsinə görə təbrik etdi

BAKI,AzerVoice

Türkmənistan xalqının Milli Lideri Qurbanqulu Berdıməhəmmədov Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə məktub göndərib.

AzerVoice xəbər verir ki, məktubda Qazaxıstan Respublikasının təşəbbüsü ilə BMT Baş Assambleyasında qəbul edilmiş “Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzi” adlı qətnamə münasibətilə təbrik ifadə olunub.

"Qazaxıstan Respublikasının təşəbbüsü ilə BMT Baş Assambleyasında “Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzi” adlı qətnamənin yekdilliklə qəbul edilməsi xəbərini qürur və sevinc hissi ilə qarşıladıq. Türkmənistan xalqı adından və şəxsən öz adımdan sizi və Qazaxıstan xalqını bu mühüm tarixi hadisə münasibətilə səmimi qəlbdən təbrik edirəm",- deyə Berdıməhəmmədovun məktubunda qeyd olunub.

O, bu qətnamənin yenilənən Mərkəzi Asiyanı qurmaq, Əfqanıstana hərtərəfli dəstək vermək məqsədilə bölgə ölkələri arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacağına inandığını bildirib.

"Bu sənədin Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən “Beynəlxalq Sülh və Etimad İli” elan edilən ildə qəbul edilməsi sevindirici haldır", – deyə türkmən xalqının Milli Liderinin məktubunda vurğulanır.

Digər Kateqoriyalar

2025 © Azervoice