Bakı. AzerVoice:
Türkiyənin Xarici işlər naziri Hakan Fidan, "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərin birinci ildönümü ilə bağlı paylaşım edib.
AzerVoice-un məlumatına görə, nazir, öz rəsmi X sosial media platformasında zəlzələ ilə bağlı paylaşımında, zəlzələnin ildönümündə həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyib.
"Dövlətimiz və hökumətimiz bundan sonra da millətimizdən aldığı güclə hər zaman və hər yerdə vətəndaşlarımızın yanında olacaq”,- deyə paylaşımda bildirilib.
Hakan Fidan, eyni zamanda, çətin anlarda Türkiyənin yanında olan bütün dost ölkələrə təşəkkür edib.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_